V.A.Motsartın yaradıcılığına həsr olunmuş konsert
5.5.2016

Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Motsarta həsr olunmuş konsert keçirilib.

Konsertdən əvvəl musiqi məktəbinin müəllimi Səidə Rüstəmzadə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, V.A.Motsart Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biridir. O, bəstəkarlıqla yanaşı, mahir skripkaçı, orqan ifaçısı və dirijor kimi də fəaliyyət göstərib. Dahi bəstəkarın qeyri-adi musiqi duyumu və improvizasiya qabiliyyəti olub. V.A.Motsartın əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasına çevrilib.

Konsertdə Mehriban Ələsgərova, Kəmalə Hacıyeva, Sevinc Hüseynova, Əflaruz Məmmədov, Arzu Səmədova və başqa müəllimlərin şagirdləri tərəfindən V.A.Motsartın əsərləri səsləndirilib.

azertag.az