Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı estrada ulduzu Çingiz Mustafayevin konserti keçirilib.
Konsertin təşkilatçısı Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev olub.
Konsertin açılışında baş tutan tədbirdə Azərbaycanın diaspor fəalları, Ukraynada Azərbaycanlıları Gənclər Birliyininin üzvləri və başqa millətin nümayəndələri fəal iştirak ediblər. Çingiz Mustafayevin ifası yerli publika tərəfindən böyük rəğbətlə qarşılanıb.
Xatırladaq ki, BUAK mütəmadi olaraq Ukraynada belə tədbirlərin təşkilatçısı kimi çıxış edir.
report.az