Mədəniyyət və Turizm Nazirliyi Şəki xanları sarayının 250 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə qərar qəbul etmişdir.
Hazırda 1762-ci ildə inşa olunmuş “Xan Sarayı”nın UNESCO-nun Dünya İrsi Siyahısına salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Şəki xanlarının sarayının 250 illiyi münasibətilə bu il iyulun 4-də Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təntənəli yubiley tədbirinin keçirilməsi qərara alınmışdır.