Azərbaycan və İordaniya Milli kitabxanaları arasında əlaqələr müzakirə edilib
13.5.2016

Mayın 12-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar Al-Habaşneh və konsul Saad Gharal Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında əlaqələrdən, kitab mübadiləsindən danışıb.

Səfir Nassar Al-Habaşneh bu əlaqələrin genişlənəcəyinə, gələcəkdə qarşılıqlı təcrübə müdabiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Milli Kitabxanada tətbiq olunun yeni texnologiyalar, avtomatlaşdırma prosesləri ilə maraqlanan qonaqların diqqətini daha çox nadir kitablar, kitabxananın muzeyi, sərgi və guşələr cəlb edib.

İordaniya səfiri Xatirə kitabına öz ürək sözlərini yazıb.

Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Azərbaycan” (ərəb dilində) kitabları və mədəniyyət obyektlərini əks etdirən xəritə hədiyyə edilib.

azertag.az