Şou-biznes nümayəndələri Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə daxili qoşunlarımız qarşısında konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş konsertdə müğənnilər Roza Zərgərli, Samira Allahverdi, Xatun, Azad Şabanov, Elnur Məmmədov və başqaları iştirak ediblər.