Musiqili Teatrda “Brodvey” şou-proqramı təqdim olunub
17.5.2016

Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutub. Proqramda “Company-E” şirkətinin əməkdaşları - Pol Qordon Emerson, Amikaelya Qaston, Qavin Stevart, Vanessa Oven, Abi Lishart, Tami Hol, Robert Priori, Kyoko Ruş və Diana Amalfitano ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Teatrı çoxsaylı kollektivi – xor, balet truppası, orkestr və aktyor heyəti də iştirak edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir.

azertag.az