Qazaxıstan-Britaniya Texnoloji Universitetinin 11 yaşlı tələbəsi Jansaya Abdumalik dünyanın ən gənc qrossmeysteridir
27.6.2012

Astanadakı Qazaxıstan-Britaniya Texnoloji Universiteti mətbuat xidmətinin yaydığı məlumata görə, bu ali təhsil ocağının 11 yaşlı tələbəsi Jansaya Abdumalik həm də dünyanın ən gənc qrossmeysteri adını qazanmışdır.

Məlumatda deyilir ki, Jansaya Abdumalik bu ilin iyununda Moskva və Aluşta şəhərlərində keçirilən şahmat turnirlərində beynəlxalq qrossmeyster normasını yerinə yetirmiş və bu ada layiq görülmüşdür.

Qeyd olunur ki, bu turnirlərdə o, öz reytinqini 102 bənd yuxarı qaldıra bilmişdir.


AzərTAc