Azərbaycan paytaxtında “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir
28.6.2012

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), “Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda Cənubi Qafqaz ölkələrini təmsil edən ekspertlər və Türkiyədən bir sıra politoloqlar iştirak edir.

Paneldə hər üç ölkənin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə ediləcək.

APA