Azərbaycanda son illərdə quduzluq xəstəliyinə yoluxma halları artıb
28.6.2012

“Hazırda dünyanın bir çox ölkələrində quduzluq xəstəliyinin artma dinamikası müşahidə edilir. Azərbaycanda da son illər quduzluq xəstəliyinə yoluxma halları artıb”.

Bu barədə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova bildirib. Onun sözlərinə görə, xəstəliyin artmasına səbəb dünyada baş verən iqlim dəyişikləri, təbiətdə vəhşi heyvanların populyasiyası və sairdir: “Baytarlıq xidməti Azərbaycanın bütün bölgələrində quduzluq xəstəliyinə qarşı profilaktiki tədbirlər həyata keçirir. Bu il ölkəmizdə 245 min sahibli it peyvənd olunub. Bizə problem yaradan yalnız vəhşi təbiətdə olan hadisələrdir”.

APA