Rumıniyanın Kluj şəhər meriyası tərəfindən Kluj günləri çərçivəsində yürüş təşkil olunub. Yürüşdə Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun əməkdaşları, bu universitetdə təhsil alan tələbələr, Klujda yaşayan azərbaycanlılar da iştirak ediblər.
Kluj şəhərinin mərkəzi küçələrini əhatə edən yürüşdə həmvətənlərimiz Azərbaycan bayrağını ucaldıb, rumın ictimaiyyətinə ölkəmiz barədə məlumat veriblər. Tədbirə Türkiyə və Gürcüstandan olan tələbələr də qoşulub.
azertag.az