Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən bədii təhsil müəssisələrinin fəaliyyətini əhatə edən iki metodiki vəsait hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Natiq Mustafayev, İlhamə Hüseynova və Yeganə Mustafayevanın birgə tərtib etdiyi “Ümumi fortepiano” proqramı 5-7 illik təhsil üzrə uşaq musiqi və incəsənət məktəbləri üçün tövsiyə olunur. Səadət Təhmirazqızı və Aygün İsgəndərovanın hazırladığı “Uşaq musiqi və incəsənət məktəbləri üçün ümumi musiqi ədəbiyyatı fənni üzrə gündəlik dərs planı” da 5-7 illik təhsil üzrə müvafiq məktəblər üçün məsləhət görülür.
Metodiki vəsaitlərin rayon (şəhər) uşaq musiqi və incəsənət məktəblərinə göndərilməsi ilə yanaşı təqdimatlarının aparılması nəzərdə tutulur.
azertag.az