İyunun 2-də saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.
Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Bir neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
azertag.az