Azərbaycan ilk onluqda yer aldı - Turizmin inkişafı
7.6.2016

Ötən gün elan edilən Pərakəndə satışın inkişafı üzrə qlobal indeksdə tədqiqatçılar Azərbaycanı 10-cu yerə layiq görüblər.

Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanda pərakəndə satışın ümumi həcmi 17 milyard dollar təşkil edir. Məhz sürərlə inkişaf edən turizm sahəsi ölkəmizə retinqdə 10-cu yerə qalxmağa imkan verib.

Ekspertlərin fikrincə, hökumət turistləri cəlb etmək üçün xeyli iş görür. Hakimiyyət reklama vəsait sərf etməklə ölkə paytaxtı Bakının təmtəraqını qeyd edir. Bundan əlavə, milli valyutanın məzənnəsinin aşağı düşməsi də böyük rol oynayıb. Xarici turistlər üçün Azərbaycanda istirahət devalvasiyaya qədərki vaxtdan daha əlçatan olub. 2016-cı ildə keçiriləcək əlamətdar hadisələr, xüsusilə də “Formula-1” yarışlarının Bakıda keçirilməsi də reytinqn artmasına təkan verib.

Qeyd edək ki, Ermənistan ilk 10-luğa ümumiyyətlə düşə bilməyib. 2014-cü ildə bu reytinqdə Ermənistan 6-cı, Azərbaycan isə 30-cu idi. Bir il sonra isə Ermənistan 10-cu, Azərbaycan 22-ci olmuşdu. Bu il Azərbaycan 10-cudur.

atv.az