Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski bəstəkar, müğənni və ud ifaçısı Zafer Yousiflə birgə Avropada konsert turlarına çıxacaq.
İyunun 23-də İsfar Sarabskinin və Zafer Yousifin İtaliyanın Udine şəhərində konserti olacaq. Konsert Palmoste Teatrında təşkil ediləcək. Musiqiçilər iyulun 2-də Rumıniyada Timişoara caz, iyulun 16-da Portuqaliyada Espino musiqi, həmin ayın 29-da isə İspaniyada Malaqa caz festivallarında çıxış edəcəklər. İsfar Sarabskinin və Zafer Yousifin daha bir konsert turu avqustun 4-də Almaniyanın Vürtsburq şəhərində olacaq.
Turlar haqqında məlumatları İsfar Sarabskinin “Facebook” səhifəsindən, konsertlərin keçiriləcəyi məkanların və tədbirlərin saytlarından əldə etmək olar.
azertag.az