“Gözəl və bədheybət” filminin tizeri yayımlanıb
13.6.2016

Disney studiyası “Gözəl və Bədheybət” nağılının yeni ekran versiyasının tizerini təqdim edib.

Film fransız yazıçısı Janna Mari Leprens de Bomonun eyniadlı əsəri əsasında ekranlaşdırılıb. Filmdə canavara çevrilmiş şahzadənin hekayəsindən danışılır.

Filmdə Bell rolunu Emma Uotson, Bədheybət obrazını isə Den Stivens canlandırıb. Ekran əsərində dünya şöhrətli aktyorlar Lyuk Evans, Yuen Makqreqor, Emma Tompson, İen Makkallen və başqaları çəkilib.

Filmin premyerası 2017-ci il martın 17-nə təyin olunub.

azertag.az