Azərbaycanda avtomobil yolları təsərrüfatı sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yeni magistral yol istismarı idarələri yaradılıb. Yeni qurumların yaradılması təşkilati fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına xidmət edəcək.
Bunu "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, ümumilikdə 7 magistral yol idarəsi yaradılıb.
"Bu idarələrin yaradılması Dünya Bankının "Azəravtoyol"un qarşısında qoyduğu tələblərdən biri idi. Magistral yol istismarı idarələri ancaq magistral yollara xidmət göstərəcək. Magistral yol istismarı idarələri Bakı-Quba-Rusiya dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi, Yevlax- Qazax-Gürcüstan sərhədi və digər magistral avtomobil yollarına nəzarət edəcək", - deyə A. Nəcəfli bildirib.
xezerxeber.com