Bakıda Yaponiyanın Va-Liqa ansamblının konserti olacaq
23.6.2016

Bakının Xətai rayonunda Heydər Əliyev Parkı ərazisində salınan Yapon Bağında Yaponiyanın Va-Liqa ansamblının konserti təşkil olunacaq.
Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, konsert bu il iyulun 2-də saat 18:00-də Multikulturalizm ili çərçivəsində keçiriləcək.

Konsertdə Yapon musigisi ilə yanaşı, Azərbaycan musiqisinin sintez ifaları da planlaşdırılır.
Bundan əlavə, Va-Liqa qrupu iyunun 29-da Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində bu il 7-ci dəfə keçiriləcək “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında da iştirak edəcək.

report.az