Bakıda İsveç rejissorunun təqdimatında “Uzuncorab Peppi”
23.6.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə çərçivəsində daha bir yeni tamaşanın məşq prosesinə start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, görkəmli İsveç yazıçısı Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan yeni səhnə əsərinin quruluşçu rejissoru isveçli rejissor Roni Danielson və Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (İsveç), aranjemançı Rüfət Ramazanov, səhnə hərəkəti və plastikası Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Müzkl tamaşada Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Ramil Məmmədov və Elnur Əliyev iştirak edəcəklər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell MMC-nin birgə layihəsi çərçivəsində hazırlanan tamaşanın yeni – 89-cu teatr mövsümündə təqdim olunması nəzərdə tutulur.

azertag.az