"Twitter"də foto üçün stikerlər peyda oldu
28.6.2016

"Twitter" mikrobloq xidmətinin istifadəçiləri fotolara stikerlər yapışdıra biləcəklər. Xəbərə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

Stickers adını almış funksiya şəkillərdə müxtəlif emodzilər yerləşdirməyə imkan verəcək. Bir fotoda bir neçə yapışqandan istifadə etmək mümkün olacaq. İstifadəçilər onların ölçüsünü dəyişə biləcəklər.

Yeniliyin iş prinsipi həştəqlərdəki kimi olacaq - bu və ya digər stikeri seçərkən fotoşəkillər lenti açılacaq.

Yaxın həftələrdə "iOS" və "Android"li "Twitter" istifadəçilərində bu opsiyanın işə düşəcəyi gözlənilir.

lent.az