ADRA-da tələbələrin əl işləri nümayiş etdirilib
28.6.2016

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Dəb və incəsənət” mövzusunda “SS Fashion Room” adlanan moda nümayişi keçirilib.

Tədbirdə ADRA-nın bu sahədə yenicə addım atan tələbələrinin əl işləri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər layihənin keçirilməsinin məqsədinin Azərbaycanda yeni formalaşmaqda olan dəb sərgilərinə yenilik gətirmək və bunu ənənə halına salmaq olduğunu bildiriblər.

Nümayiş creativ geyimlərlə yanaşı, “body art” və modellərin fərqli üslubları ilə seçilib. Bu cür nümayişlər dünyada artıq dəb halını alsa da, Azərbaycanda ilk dəfə keçirilir.

Tədbirdə 20-dək geyim nümayiş olunub. Bu kolleksiyanın üzərində bir ilədək hazırlıq işləri aparılıb.

azertag.az