Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoftla görüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi müzakirə olunub. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.
Ə. Qarayev Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M. Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
lent.az