Britaniyalı alimlərin yeni tədqiqatlarına əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hislər keçirməsinə səbəb olur. Eksperiment çərçivəsində sorğuda iştirak edənlərin 50 faizi bildirmişdir ki, onların həyatı bu xidmətlərdən istifadəyə başladıqdan sonra mənfiyə doğru dəyişmişdir.
Məlum olmuşdur ki, sosial şəbəkələr istifadəçilərdə natamamlıq kompleksi doğurur. Respondentlərin 75 faizi qeyd etmişdir ki, sosial şəbəkələr onların yuxusuzluğuna səbəb olaraq istirahət etmələrinə ciddi maneə yaradır. İştirakçıların 25 faizi isə onlayn-mübahisələrdən sonra şəxsi və iş həyatında tez-tez problemlərin yarandığını bildirmişdirr.
Bu halda, ümumdünya hörümçək torunun asılılıq yaratdığı ortaya çıxmışdır. Belə ki, respondentlərin 55 faizi sosial şəbəkələrdən istifadə imkanını itirdiyi halda özlərini narahat hiss etdiklərini demişlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, infox.ru saytının məlumatına görə, respondentlərin 60 faizi istirahət etmək məqsədilə şəxsi qurğularını söndürmək məcburiyyətində qalırlar.
AzərTAc