Dövlət “Yuğ” Teatrında mövsümün son tamaşası
14.7.2016

Azərbaycan Dövlət “Yuğ” Teatrı 28-ci mövsümünə iyulun 14-də oynanılacaq “Rindi-Şeyda” tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda” tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Rəşid Şerifdir.

Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov çıxış edəcəklər.

azertag.az