Abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanı verəcəklər
14.7.2016

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanında iştirak etməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeyd olunan linkdən (https://eservices.tqdk.gov.az/brxvqab/?frm=egov) çap edib götürə bilərlər. TQDK-nın internet saytında 39.165 “Qabiliyyət imtahanına buraxılış vərəqəsi” yerləşdirilməsinə baxmayaraq, 14 iyul saat 09:00-a olan məlumata əsasən, 10.900 “qabiliyyət imtahanına buraxılış vərəqəsi” çap edilib.

Qeyd edək ki, abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini, qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni (vərəqədə hər istiqamət üzrə tələb olunan əlavə sənədlər qeyd olunub) gətirməlidirlər.

azertag.az