Dünya iqtisad elminin nümunəvi əsərləri Azərbaycan dilinə tərcümə olunur
20.7.2016

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr olunan, dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə başlanılıb.

UNEC-dən bildirilib ki, tərcümə ediləcək ilk əsər Nobel mükafatı laureatı Fridrix Hayekin “Denationalization of money” kitabıdır. Bununla bağlı Londondakı İqtisadi Məsələlər İnstitutu ilə (İnstitute of Economic Affairs) müqavilə bağlanaraq icazə alınıb.

Əsər UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasında tərcümə ediləcək.

azertag.az