Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin yer quruluşu və kadastr ixtisası üzrə təhsil alan III kurs tələbələri iyulun 19-dan avqustun 1-dək tədris təcrübələrini Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarında davam etdirəcəklər.
Universitetdən bildirilib ki, tələbələr BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Bazasında çöl-tədris təcrübələrində olub, ətraf ərazilərin müxtəlif landşaft komplekslərinin tədqiqi baxımından torpaqların münbitliyinin öyrənilməsi və səmərəli istifadəsi üzrə uğurlu tədqiqatlar aparıblar.
azertag.az