Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "Uber" beynəlxalq texnologiya şirkəti Bakıda şoppinq həvəskarları üçün yeni kampaniyaya start verib.
Şirkətdən bildiriblər ki, yeni "Uber" istifadəçiləri smartfonlarında tətbiqə müvafiq promokodu daxil edərək paytaxtın üç ən tanınmış ticarət mərkəzinin birinə tam pulsuz gedə biləcəklər. Bu kampaniya "28 Mall", "Ganjlik Mall" və "Port Baku Mall" alış-veriş mərkəzini əhatə edir. Kampaniya sentyabrın 31-dək davam edəcək.
azertag.az