​"Krasnodar" - "Birkirkara" matçını azərbaycanlı hakim idarə edəcək
4.8.2016

Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində cavab qarşılaşmaları keçiriləcək.

Axşam baş tutacaq qarşılaşmalardan biri də Rusiyanın "Krasnodar" klubu ilə Maltanın "Birkirkara" kollektivi arasında olacaq.

Rusiyada keçiriləcək görüşü azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.

Qalib tərəf qrup mərhələsində oynamağa imkan verən "play-off"a vəsiqə qazanacaq.

report.az