Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dəstəyi ilə “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib. “ASAN School” könüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN Könüllüləri” gənclər təşkilatı
ADRA-dan bildiriblər ki, müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
Müsabiqə iştirak etmək istəyənlər 2016-cı il oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini JPG və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı adramuseum@gmail.com ünvanına göndərə bilərlər.
Müsabiqənin münsifləri tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaqlar.
Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.
Sərgilənən rəsm əsərlərinin Azərbaycan Rəssamlıq Akademiyasının qaleriyasında və online formada xeyriyyə məqsədilə satışı həyata keçiriləcək.
azertag.az