Ağstafalı sahibkarlar 373 hektar ərazidə bol tərəvəz məhsulu yetişdiriblər.
Rayon statistika idarəsindən bildiriblər ki, tərəvəzçiliklə məşğul olan fermerlər sahələrdən 4284 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 344 ton çoxdur.
Rayonda tərəvəz yığımı davam edir.
azertag.az