UNEC Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadrlar hazırlayır
10.8.2016

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu (QMTTİ) ilə birgə kadr hazırlığını həyata keçirir.

UNEC-dən bildirilib ki, universitet ilə QMTTİ arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən neft və qazın idarə edilməsi və daşınması üzrə magistr proqramı fəaliyyətə başlayıb.

Proqram çərçivəsində UNEC-in beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev QMTTİ-də Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər neft və qaz sənayesinin iqtisadiyyatı fənnini müvəffəqiyyətlə tədris edib.

azertag.az