Xarkov vilayəti Ukrayna-Azərbaycan “Dostluq” Cəmiyyətinin tədbirlər planına əsasən sentyabrın 4-də “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçiriləcək.
Bu barədə məlumat cəmiyyətin saytında yerləşdirilib.
Uzun illərdir fəaliyyət göstərən mərkəzin qapıları Azərbaycan dilini və ədəbiyyatını, tarixini, mədəniyyətini və milli ənənələrini öyrənmək, milli mətbəximizlə tanış olmaq istəyən hər kəsin üzünə açıqdır.
azertag.az