Azərbaycanda hindquşu ətinin istehsal edilməsi təklif olunur
19.8.2016

Azərbaycanda hindquşu ətinin kütləvi istehsalının təşkil olunması təklif edilir. Belə bir təkliflə Bakıda keçirilən Beynəlxalq Quşçular Forumu çərçivəsində Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda bu növ quş əti demək olar ki, istehsal edilmir.
"Kim isə bu addımı ilk dəfə atmalıdır. Biz dünən Bakıda keçirilən görüşlər zamanı bu məsələni müzakirə etmişik. Ümid edirik ki, bu forumdan sonra Azərbaycanda hindquşu, qaz, ördək ətinin istehsalı təşkil ediləcək", - deyə S.Şabayev əlavə edib.

report.az