İdeal cəmiyyət uşaqların gözü ilə
22.8.2016

Avqustun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Mən də sənin kimiyəm” adlı sosial layihə həyata keçirilib.

“eProject” Groupdan bildiriblər ki, “YARAT” Müasir İncəsənət Mərkəzi, “Muğan” Bank, “CBC” televiziya kanalı, “İnkişaf Zamanı” Proqramı və Konstitusiya Araşdırmalar Fondunun birgə tərəfdaşlığı ilə reallaşdırılan layihə çərçivəsində iştirakçılar görmək istədikləri ideal cəmiyyəti hər hansı bir incəsənət nümunəsi üzərində əks etdiriblər. Hazırlanan nümunələr sərgidə nümayiş olunacaq.

Sosial layihəsi fiziki qüsurlu uşaqlarla sağlam uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək, onları cəmiyyətə qazandırmaq məqsədilə həyata keçirilir.

azertag.az