Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə “Tərəqqi” texniki-humanitar liseyinin iki məzununun da adı var.
“Tərəqqi” texniki-humanitar liseydən bildiriblər ki, 2015-2016-cı tədris ilində bu təhsil müəssisəsinin məzunlarından Bilqeyis Axundova və Aytac Qurbanova qızıl medala layiq görülüblər.
Bu il liseyi bitirən 60 məzundan 55-i 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurlu nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunub. Liseyin üç məzunu isə xarici ölkələrin ali məktəblərində təhsil alacaq.
azertag.az