«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Kiyev-Bakı aviareysinə yeni tarif tətbiq edib.
AZAL-dan verilən məlumata görə, şirkət öz sərnişinləri üçün sərfəli təklifləri tətbiq etmək siyasətini davam etdirərək, Bakı-Kiyev-Bakı istiqamətində ekonom sinfi üçün xüsusi tarif tətbiq edib: «Yeni tarif çərçivəsində bir tərəfli aviabiletin qiyməti vergi və yığımsız 100 avro təşkil edir».
Xüsusi tarif yalnız ikitərəfli və dönüş tarixi avqustun 10-dan gec olmayan aviabiletlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, AZAL Bakı-Kiyev marşrutu üzrə uçuşları hər həftənin I, II, III, IV və VI günləri yerinə yetirir.
APA