Azərbaycanlı musiqiçinin Parisdə konserti olacaq
25.8.2016

Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.

Bu barədə məlumat www.loisiramag.fr saytında yer alıb. Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, həmçinin Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.

azertag.az