Bakıda “Ev heyvanlarının sirli həyatı” adlı əyləncəli interaktiv tamaşa təqdim olunacaq
26.8.2016

Dekabrın 28-də Bakıda “Ev heyvanlarının sirli həyatı” cizgi filminin motivləri əsasında əyləncəli interaktiv tamaşa təqdim olunacaq.

Moskvanın boy kuklaları şousunun repertuarında nümayiş olunacaq əyləncəli tamaşa dekabrın 30-dək davam edəcək.

Tamaşada cərəyan edən hadisələr hər bir məhəllədə xeyli sayda ev heyvanının olduğu Nyu-York şəhərində baş verir.

Tamaşanın süjeti belədir: Ev sahibi və ya sahibənin evdən çıxdığı zaman sevimli ev heyvanınızın nə ilə məşğul olduğunu heç fikirləşmisinizmi? O zaman bunu inanılmaz bütün həqiqətləri ilə öyrənməyə hazır olun!

azertag.az