Ötən il muzeylərdə 3 mindən çox sərgi açılıb
6.9.2016

Hazırda ölkəmizdə 234 muzey fəaliyyət göstərir ki, onları ötən il 2 milyon 570 mindən çox insan ziyarət edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən ötən il ümumilikdə muzeylərdə 3021 sərgi açılıb.

Qeyd edək ki, ölkə muzeylərində 3107 işçı çalışır ki, onların da 2344-nü qadınlar təşkil edir.

azertag.az