Qoç - Səhhətinizin problemlərilə məşğul olmalısınız. Çox oyaq qalmayın, vaxtından əvvəl yatmağa çalışın. Ünsiyyətlərinizdəki problemlərin həlli vaxtı deyil, indi ancaq maliyyə məsələlərini həll etməlisiniz.
Buğa - Özünüzü güclü hiss edəcəksiniz. Pul olmamasına rəğmən, böyük enerji ilə ətrafınızdakı adamlardan fərqlənəcəksiz. Sizə stimul verən sevgi ünsiyyətlərindəki qarşılıqlı səmimiyyətdir.
Əkizlər - Özünüzü yoluxucu xəstəliklərdən qoruyun. Yarımçıq qoyduğunuz işləri tamamlamağa çalışın. İndi biznes fəaliyyəti üçün geniş üfüqlər açılıb, istifadə etməlisiniz.
Xərçəng - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Problem əsas işlərinizdə yarana bilər. Heç kəsin işlərinə qarışmayın, hamı ilə mehriban dolanmağa çalışın. Bu günün problemlərini vaxtında həll etməlisiniz.
Şir - Hirsinizi boğmağı bacarın, yoxsa səhhətiniz əziyyət çəkər. Hər sözə, hərəkətə pis yozum verməyin, vəziyyəti bir az da korlaya bilərsiz, indi ünsiyyətləriniz zəifdir. Maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.
Qız - Dünyaya ən xoş fikirlərlə baxın, bu sizin həm psixoloji ovqatınıza, həm də səhhətinizə təsirsiz keçməyəcək. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Təkcə maliyyə məsələlərində köməksiz qalacaqsız.
Tərəzi - Soyuqdəymədən özünüzü qoruyun. Xəstələnmək qorxusunu gerçəkləşdirməyin. Nə qədər çox çalışsanız da, nəzərdə tutduqlarınızı ala bilmirsiz. Heç nədən bir problem meydana çıxır ki, onun həllilə məşğul olursunuz.
Əqrəb - Özünüzü gümrah və güclü hiss edəcəksiniz. Qəribə olsa da, ünsiyyətlərinizdə bir problem yoxdur. Əsas işlərinizdə isə heç nədən maneələr törəyir. Nə qədər gərgin vəziyyət olsa da soyuqqanlıqla yola verməlisiniz.
Oxatan - Qəzəb hissini özünüzdən kənarlaşdırın ki, səhhətiniz basqıya məruz qalmasın. Qarşılaşdığınız problemlərin həllinə filosof kimi yanaşın. İndi maddi durumunuza təsir edəcək layihələri gerçəkləşdirməyiniz lazımdır.
Oğlaq - Rahatlıqla keçən bu gün sizin səhhətiniz üçün problem yaratmayacaq. Bununla belə, demək olmaz ki, gün sizin üçün tam mənasında uğurludur. Əsas fəaliyyətinizin işlərini çox çətinliklə gerçəkləşdirirsiz.
Dolça - Özünüzü əzgin hiss edəcəksiniz. Həyatın işıqlı tərəflərini xatırlayıb nikbin ovqatda olmalısız ki, səhhətiniz problem yaratmasın. Bununla belə, fəaliyyətinizin məhsuldarlığı ürəklə işləməyə stimul verəcək.
Balıqlar - Gücünüzü göstərə biləcəksiniz. Səhhətiniz sizin üçün problem yaratmayacaq. Ünsiyyətlərinizdən həzz alacaqsız. Fəaliyyətinizin əsas səhəsində isə işlər o qədər də ürəkaçan deyil. Pul gözləməyin.