Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu 1-3 avqustda keçirilmiş riyaziyyat imtahanının nəticələri açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.
Dünən isə ingilis dili fənni üzrə imtahanlar başlayıb. Həmin imtahanlar avqustun 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə biliklərini sınayacaq.
APA