Dənizkənarı Milli Parkda qurulan yeni nəsil taksofonlar bulvarın genişləndirilən ərazisində də qurulacaq.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xidmətinə istinadən məlumat verilir.
Qeyd edək ki, taksofonlar həm kartla, həm də qəpiklə işləyir. Bu taksofon aparatları Çin, pavilyonları isə Fransa istehsalıdır.
Taksofonlarda internetə qoşulmaq mümkündür. İstifadəçilər bu aparatlar vasitəsilə “Skype”a da qoşula bilərlər.
Bundan başqa, taksofonlardan “Bluetooth” vasitəsilə mobil telefona foto və musiqi yükləmək mümkündür. Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var.
Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. “Bluetooth”dan bir dəfə istifadə isə 20 qəpikdir.
Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir. Mobil nömrələrlə 1 dəqiqə danışmaq 10 qəpiyə başa gəlir.
İran, Türkiyə, Pakistan kimi ölkələrə 1 dəqiqə 45 qəpik, BMT və Baltikyanı ölkələrə 36 qəpik, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpikdir.
Gün.Az