XXX Yay Olimpiadasının bugünkü, 14-cü yarış günü Azərbaycan üçün hazırkı Oyunlardakı ən fəal günlərdən olacaq.
Avqustun 10-da birdən-birə yeddi idmançımız mübarizəyə qatılacaq.
Onlardan üçü artıq bu gün fəxri kürsünün ən yüksək pilləsinə yüksələ bilərlər. Bunlar taekvondoçular Ramin Əzizov və Fəridə Əzizova, həmçinin sərbəst güləşçi Əşrəf Əliyedir.
Yarımfinala yüksəlmiş boksçularımız Məmmədrəsul Məcidov və Teymur Məmmədov artıq ən azı bürünc medalı özləri üçün təmin ediblər və bu gün onların gümüş medalı təmin etmək və qızıl uğrunda mübarizəni davam etdirmək imkanları olacaq.
Bundan başqa, kanoedə avarçəkən Valentin Demyanenkonun start çıxışı və gimnastlar Aliyə Qarayevanın iştirakı ilə ikinci təsnifat gününü qeyd edək.
Hələ ki, Azərbaycanın hesabında iki gümüş (yunan-Roma güləşçisi Rövşən Bayramov və sərbəst güləşçi Mariya Stadnik) və üç bürünc medal (ağırlıq qaldıran Valentin Xristov, klassik güləşçi Emin Əhmədov və sərbəst güləşçi Mariya Stadnik) var.
Hazırda Azərbaycan ümumi komanda hesabında 46-ci yeri tutur.
Azərbaycan idmançılarının iştirak gündəliyi:
10 avqust, cümə
Taekvondo
Ramin Əzizov (80 kq) – Stiven Lopes (ABŞ). 1/8 final. 13:15
Fəridə Əzizova (67 kq) – Karin Serjeri (Kanada). 1/8 final. 16:30
Akademik avarçəkmə
Valentin Demyanenko. Kanoe. 200 metr. Təsnifat. 13:51
Bədii gimnastika
Aliyə Qarayeva. Çoxnövçülük. Təsnifat. Gürzlər. 16:00. Lent. 17:18
Sərbəst güləş
Əşrəf Əliyev (74 kq) – Sousuke Takatani (Yaponiay). 1/16 final. 17:10
Boks
Teymur Məmmədov (91 kq) – Klemente Russo (İtaliya). Yarımfinal. 19:45
Məhəmmədrəsul Məcidov (91 kq-dan çox) – Roberto Kamarelle (İtaliya). Yarımfinal. 02:30
Gün.Az