Türk taekvondoçu Servet Tazegül finalda iranlı Məhəmməd Bağerini məğlub edib. 68 kiloqramda döyüşən idmançı qələbəni 50 gün öncə vəfat edən anasına həsr edib.
Xatırladaq ki, bu Türkiyənin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal, ümumilikdə isə ikinci medaldır.
Bu nəticəylə qardaş ölkə Olimpiadada 38-ci sırada qərarlaşıb.
Gun.Az