Avtomobil istehsalçıları Moskvaya yığışacaqlar.
Avqustun 31-dən sentyabrın 9-dək Rusiya paytaxtı Moskvada keçiriləcək Beynəlxalq Moskva Avtomobil Sərgisində 102 yeni avtomobil modeli nümayiş olunacaq.
Onların içərisində 14 dünya, 18 Avropa və 70 isə Rusiya premyerası baş tutacaq. İki ildə bir dəfə keçirilən sərgidə bu il 100 şirkət, 43 avtomobil istehsalçısı və 49 avtomobil brendinin iştirakı planlaşdırılır.
Məlumata görə bu sərgidə “BMW”, “Land Rover”, “Bentley”, “Volkswagen”, “Volvo”, “Infiniti” və “Ford” yeni avtomobillərinin avtosevərlərə təqdim edəcək.
Gün.Az