Xəbər verdiyimiz kimi, Azərbaycan güləşçiləri Toğrul Əsgərov və Şərif Şərifov London Olimpiya Oyunlarında qızıl medal qazanıblar.
İdmançılarımızın uğurundan sonra dünya mətbuatı Azərbaycanın qələbəsinə geniş yer ayırıb.
Olimpiya Oyunlarının rəsmi saytı olan London2012.com saytı bu xəbəri “Olimpiadada Azərbaycan üçün qızıl gecə” başlığı ilə yayımlanıb. Türkiyə və Rusiya mətbuatı da qələbəmizə geniş yer ayırıb.
GoMap.Az dünya mətbuatından başlıqları təqdim edir.
Olimpiadada Azərbaycanın dominantlığı – 1 gecədə 2 qızıl – (Newser)
Güləşin qızılları Azərbaycanın - (The News Tribune)
Azərbaycan cütlüyü qalib gəldi - (The Washington Post)
Olimpiadada Azərbaycan gecəsi - (Posta qəzeti)
Azərbaycan güləşdə olimpiya qızıllarını qazandı - (Huffington Post)
Azərbaycanlı güləşçilər rəqib tanımadı – (NewsTime)
Azəri güləşçilərin qızıl günü – (Fanatik)
Sərbəst Güləşdə Azərbaycan gecəsi – (CNNTürk)
Azərbaycan Olimpiadada ilk qızılını qazandi – (Euronews)
Azərbaycanın qızıl oğlanları – (Newsmeeting)
Qızıllar Azərbaycana gedir– (Sporx)
Gun.Az