“Toy olsun” verilişi bağlandı
14.8.2012

ANS telekanalında yayımlanan “Toy olsun” verilişi bağlanıb.

Bu haqda ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov deyib.

“Hər bir verilişdə olduğu kimi, bu layihənin də ömrünün bitməsi gərək idi. Artıq “Toy olsun”a tamaşaçılar maraq göstərmirdi. Hətta veriliş reklam da gətirmirdi.

Buna görə layihəni bağladıq. Yeni mövsümdə böyük reytinq toplayacaq yeni, maraqlı verilişlər təqdim edəcəyik”.


Gün.Az