Nizami Gəncəviyə həsr olunan qısametrajlı film hazırlanacaq
15.8.2012

Dahi şair Nizami Gəncəviyə həsr olunmuş qısametrajlı film və elmi televeriliş hazırlanacaq.

Veriliş İsgəndəriyyə kitabxanasının direktoru cənab Dr İsmayil Serageldinin rəhbərliyi və təşəbbüsü ilə dünyanın tanınmış alimlərinin iştirakı ilə ərsəyə gələcək.

Layihə Gəncə İcra Hakimiyyətinin rəhbərliyi ilə keçiriləcək Nizami Gəncəvinin 870 illik yubiley mərasiminə həsr olunub və ATL Consultingin dəstəyi və Avrasiya Dialoq Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Qeyd edək ki, Oxford, John Hopkins kimi tanınmış universitetlərin mütəxəssislərinin, Latviyanın sabiq prezidenti Dr Vayra Vike-Freiberga, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, BMT-nin ali komissarı səfir Walter Fust kimi ictimai xadimlərin iştirakı da planlaşdırılır.

Onu da qeyd edək ki, cənab Serageldinin aparıcılıq etdiyi həftəlik elmi verilişin 40 mln. izləyicisi var və Geographic Internationalla birlikdə reallaşır.


Gün.Az