Bu ilin ilk altı ayında «İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 28,1 mln. ton və ya ötən ildəkindən 4,8% çox yük, 129,3 mln. nəfər və ya 7,7% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,2%-i avtomobil, 36,8%-i dəmir yolu, 19%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 7,1%, dəmir yolu nəqliyyatında 5,9% artım qeydə alınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 28,7%-ni və ya 8,1 mln. tonunu tranzit yüklər təşkil edib. Yük daşımaları fəaliyyətindən 213,6 mln. manat, sərnişin daşınmasından isə 40,6 mln. manat gəlir əldə olunub ki, ötən ilin yanvar-iyun aylarına nisbətən gəlirlər müvafiq olaraq 21,6% və 6,3% artıb.
APA