“BMW” sevərlər klub fəaliyyətini bərpa etdilər
16.8.2012

“BMW club Azerbaijan” öz işini bərpa edib.

2007-ci ildə Emin Məmmədov tərəfindən təsis olunan “BMW club Azerbaijan” fəaliyyətdə olduğu müddət ərzində “BMW” həvəskarlarını bir araya gətirmək, “BMW” haqqında texniki, praktiki və tarixi bilikləri mübadilə etmək olub.

Klub həmçinin, xaricdə də bir sıra təşkilatlarla əməkdaşlıq edib, eyni zamanda “BMW Clubs Europe”nin rəhbərliyi ilə əlaqələr qurub.

Lakin 2011-ci ildə “BMW club Azerbaijan” gözlənilmədən öz fəaliyyətini dayandırıb. “BMW”nin təbliğində böyük rolu olan bu klubun fəaliyyətini dayandırması bir çox avtosevərlər tərəfindən birmənalı qarşılanmayıb və klubun yenidən fəaliyyətə başlaması üçün çalışıblar.

Nəhayət, “BMW club Azerbaijan” 2012-ci il 3 iyul tarixində “Club 620”nin fəal iştirakı ilə yenidən öz fəaliyyətini bərpa edib.

Klubun bundan sonrakı fəaliyyətində avtotədbirlərlə yanaşı, müxtəlif xeyriyyəçilik tədbirləri də keçirtməyi planlaşdırır. Belə tədbirlərdə klubun əsas tərəfdaşları qismində “Improtex Motors” və “BP” şirkətinin Azərbaycan nümayəndəliyi çıxış edir.


Gün.Az